Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparıb.
Eurasia Diary Anadolu agentliyinə istinadən xəbər verir ki, telefon danışığında iki ölkə başçısı terrorla mübarizə, Camal Qaşıqçı hadisəsi və Suriyada baş verənlərlə bağlı son vəziyyət müzakirə olunub.
İki lider Mənbiç məsələsində yol xəritəsinin tezliklə həyata keçirilməsini vurğulayaraq, İdlib razılaşmasının yerinə yetirilməsinin vacibliyini qeyd etdilər.