Bu həftə dünyanın ən uzun körpüsü istifadəyə veriləcək.
Eurasia Diary TheGuardian-a istinadən xəbər verir ki, 20 milyard dollar dəyərində olan Honkonq-Zuahi-Makau körpüsü rəsmi olaraq çərşənbə axşamı açılacaq. Körpü Honkonqun Lantau və Zuhai adaları ilə Quanqdonqu birləşdirəcək.
“Körpü sadəcə nəqliyyat əhəmiyyətli deyil. Honkonq, Quanqdonq və Makau arasında əməkdaşlığın gücləndirilməsidir”, - deyə Honkonqun Nəqliyyat və Mənzil katibi Frenk Çan Fan bildirib.
Körpü 55 kilometr uzunluğa malik olmaqla dünyanın ən uzun körpüsü hesab edilir.