Şimali Koreya lideri lüks məhsullara 4 milyard dollar xərcləyib. Bu məhsullar Kim ailəsinin şəxsi istifadəsi və elit təbəqənin sadiqliyini almaq üçün sərf edilib.
Azad Koreya Partiyasından Yun Sanq-hyun 2012-2017-ci illər ərzində 4.04 milyardlıq məhsulun alındığı barədə məlumat yayıb.
Bu məbləğin 2 milyardı elektronik məhsullara, 1.4 milyardı luks avtomobillərə, 165 milyon liköra, 147 milyon optik məhsullara, 52.5 milyon parfumeriya və kosmetikaya, 49 milyon dollarlıq saatlara, 48 milyonluq dəri məhsullarına, 47 milyon xəz-dəriyə, 37.6 milyonu xalçalara, 36 milyonu lüks yaxtalara, 12.4 milyon musiqi alətlərinə, 7.11 milyonu isə qiymətli daş qaşa xərclənilib.
"Əgər Kim bu məbləğə təkcə düyü alsaydı 1.6 milyon ton olardı. bu isə ölkədəki çatışmazlığı aradan qaldırardı", - deyə Yun bildirib.
Qeyd edək ki, bu məhsullar Çin vasitəsi ilə nəql olunub.