Məhəmməd Yunus Banqladeşli sosial sahibkar, iqtisadçı və Nobel Sülh Mükafatı qalibi olan ictimai fiqurdur. O, sosial biznes modelinin yaradıcısıdır..
"Sərvət toplamağa diqqətin ayrılması zəngli bomba kimidir, bu isə nə vaxtsa mütləq partlayacaq. Dünya əhalisinin 8%-i, yerdə qalan 50%-dən zəngindir. Kapitalist sisteminin ən böyük bəlası sərvət toplamaqdır", Yunus söyləyir.
Məhəmməd Yunus insanlara yardım etmək üçün kiçik borcları verən Qramean Bankını yaratmaqla Nobel Sülh mükafatına layiq görülmüşdür.
Bu bank insanlara biznes qurmaqda kömək edərək sosial biznes prosesini təşviq edirdi. Yunus kapitalizmi tamamilə inkar etmir, sadəcə nizamlamağın tərəfdarıdır.
“İnsanlarda fədakarlıq və eqoistlik tərəfləri var. Ənənəvi kapitalizm fədakar yanımızı tərk etməyə vadar edir”, - deyə Yunus söyləyib. Yunus biznesin mülkədarlara deyil, bütün xalqa fayda verməsinin tərəfdarıdır.
Sosial biznes gəlir əldə etmək üçün deyil, bütün tərəflərin qazancı üçündür. Qeyd edək ki, Qramean Bankı 8 milyon insana kredit vermişdir və bunun 97%-i qadınlardır.
Bu sistem Banqladeşdə yaransa da digər ölkələrə yayılmışdır. Lakin Yunus lazımi səviyyəyə çatmaq üçün böyük biznes sahiblərini insanlar üzərinə diqqəti cəmləməyə çağırır.
“Acgözlükdən əl çəkin, əvəzində insanlara yardım etməyə çalışın. Görəcəksiniz ki, nəhayətdə bir çox problemlər dərhal həll olunub”.