Suriya nizamlaması üzrə "Astana üçlüyü"nün - Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü oktyabrın 23-də Moskvada keçiriləcək.
Eurasia Diary xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentindən bildiriblər.
Xarici siyasət idarəsindən qeyd olunub ki, belə görüş planda var.