Eurasia Diary xəbər veir ki, Çinin Dövlət Başçısnın Müavini Vanq Çişan İsrail Baş Naziri Benyamin Netanyahunun dəvəti ilə İsrailə səfər edib. İsrail hökümətindən yerli mətbuata verilən açıqlamada bildirilib ki, tərəflər Qərbi Qüdsədəki hökümət binasında axşam yeməyində görüşüb. Görüşdə İsrail Baş Naziri Netanyahu qeyd edib ki, " Çinin Dövlət Başçısnın Müavini Cənab Çişanın dəvətimizi qəbul etməsi və bu səfər çərçivəsində İsraildə keçirilən İnnovasia Konfransına qatılması iki dövlət arasındakı münasibətlərin nə qədər inkişaf etdiyinin təcəssümüdür".
İsrail hökumətindən verilən açıqlamada bildirilib ki, İsrail və Çin arasında elm, innovasiya, kənd tsərrüfatı, səhiyyə və digər sahələr üzrə əməkdaşlığı özündə ehtiva edən 8 müqavilə imzalanıb. Qeyd edək ki, son zamanlar Çinin Yaxın Orta Şərq və Afrika regionunda fəallığı müşahidə edilir. Görünən odur ki, İsrail bu fəallığa mane olmaqdansa əməkdaşlıq etməyi seçir.