Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın bitdiyini açıqlayıb.
Eurasia Diary Son Dakika-ya istinadən xəbər verir ki, MHP lideri partiyasının qrup toplantısındakı çıxışında "öz göbəyimizi özümüz kəsəməyə hazırıq" açıqlamasını verib: "Biz təklifimizi irəli sürdük, qərar Türkiyə parlamentinindir. Qərarlarına hörmətlə yanaşacağıq, amma MHP təklifdən dönməyəcək".
"Heç bir ittifaq bir tərəfin hədələməsi ilə yaşamayacaq" — deyən Baxçalı vurğulayıb ki, MHP 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində AKP ilə birgə iştirak etməyəcək.
Dövlət Baxçalı artıq ittifaq axtarmayacaqları ilə bağlı bəyənat verdi.