Ermənistanda "Yelk" partiyası baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini yenidən baş nazir vəzifəsinə irəli sürüb. Lakin Yelk partiyasından verilən bəyənatda bu addımın konstutsiyanın prinsiplərinə əsaslanaraq atılan formal addım olduğu, əslində isə Yelk-in digər partiyaları səsvermədə iştirak etməməyə çağrırdığı qeyd olunub.
Eurasia Diary erməni KİV-lərinə istinadənxəbər verir ki, parlamentdə keçiriləcək səsvermə zamanı baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir. Məhz Paşinyanın məqsədi də keçiriləcək seçkilərdə baş nazirin seçilməməsi və dekabrda seçkilərlə yeni parlamentin formalaşdırılmasıdır.
Qeyd edək ki, N.Paşinyan erkən seçkilərin keçirilməsi məqsədilə 16 oktyabr tarixində baş nazir vəzifəsindən istefa vermişdi.