ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Fransada Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutan görüşün detalları məlum olub.
Eurasia Diary xəbər verir ki, bu barədə “Röyter” Ağ Ev rəsmisinə istinadla informasiya yayıb.
Məlumata görə, görüş zamanı liderlər jurnalist Camal Qaşıqçının qətl hadisəsini müzakirə ediblər.