ASALA-nın vədəsi necə çatmışdısa, PKK-nın da vədəsi çatıb.
Eurasia Diary xəbər verir ki, bu sözləri AKP sədrinin müavini Numan Qurtulmuş danışıb.
“Onu da zibil qutusuna atacaqlar ancaq, bu dəfə də bir vəkil, başqa bir əlaltı, başqa bir maşa yaratmaq istəyirlər. Onsuzda yaradıblar. Biz bunu anlamayacaq qədər saf deyilik. Oyunun necə təhlükəli bir oyun olduğunun fərqindəyik. Biz bu coğrafiyanın və xalqlarının daha çox bölünməsinin deyil, bütövləşməsinin tərəfdarıyıq”, - Qurtulmuş bildirib.