Rusiya prezidenti Vladimir Putin Parisdə Amerika lideri Donald Trampla söhbət edib.
Eurasia Diary “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya lideri bildirib.
Putin Trampla söhbətinin yaxşı keçdiyini söyləyib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya və ABŞ prezidentləri Parisdə işgüzar səhər yeməyi zamanı salamlaşıblar. Onların danışmaq imkanları olmayıb, amma vidalaşarkən bir-birinə “görüşənə kimi” deyiblər.