Eurasia Diary xəbər verir ki, Parisdə keçirilən Birinci Dünya müharibəsinin sona çatmasının 100-cü il dönümü ilə bağlı tədbirdə iştirak edən Vladimir Putin Russia Today (RT) France-a açıqlamalar verib.
Putin Fransa Prezidenti Makronun "Ortaq Avropa Ordusu" ilə bağlı fikirlərini dəstəklədiyini bildirib.
O, qeyd edib ki, "Avropa çox böyük bir iqtisadi sistemə sahibdir. Avropalıların öz təhlükəsizlik və müdafiə məsələlərində müstəqil olmaq istəməsi təbii haldır. Ortaq bir Avropa ordusunun yaradılması fikrimcə, dünya nizamında çoxqütüblülüyü möhkəmləndirəcəkdir".