Rusiya Prezidenti Vladimir Putin İstanbula səfər edəcək.
Eurasia Diary xəbər verir ki, bu barədə Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Putin İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi tədbir noyabrın 19-da keçiriləcək.
Qeyd edək ki, “Türk axını” vasitəsilə rus qazının Türkiyə və digər ölkələrə nəqli 2020-ci ildən başlayacaq.