Ermənistan rus dilinin kökünü kəsməyə çalışır Ekspert

Dünya 13:25 12.11.2018

Politoloq: “Vəziyyət Kremlin Ermənistanı cəzalandırmasına qədər inkişaf edə bilər...”

Eurasia Diary xəbər verir ki, Rusiyanın insan haqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova bir sıra xarici ölkələrdə, o cümlədən Ermənistanda rus dilinin sıxışdırıldığını bəyan edib. “RİA-Novosti”yə açıqlamasında ombudsman deyib ki, bir sıra dövlətlərdə rus dilinin öyrənilməsinin yasaqlanması böyük problemlər yaradır və bu, rus dilində danışanların hüquqlarının kobud şəkildə pozulması deməkdir: “Bunlar Baltikyanı dövlətlər, Ermənistan, Qırğızıstan və digər ölkələrdir. Orada insanları öz uşaqlarını rus dilində təhsil almaqdan məhrum edirlər”.

Qeyd edək ki, Rusiyadan Ermənistanın ünvanına bu kimi narazılıqlar indiyədək adətən qeyri-rəsmi səviyyədə səslənirdi. Ancaq artıq Moskvadan rəsmi şəxslərin təpkiləri gəlməyə başlayıb. Ermənistanda isə xüsusən də “məxməri inqilab”dan sonra rus dilinin, bütövlükdə rus təsirini azaltmaq üçün məqsədyönlü iş aparılır. Bunu heç gizlətmirlər də. Məsələn, ölkənin yeni təhsil və elm naziri Araik Arutunyan vəzifəsinə keçər-keçməz açıq şəkildə bəyan edib ki, rus dilində yazışmalar qəbul edilməyəcək. Az sonra İrəvandakı Rus Dram Teatrının qapadılacağı xəbəri yayıldı. Halbuki Azərbaycanda belə bir problem yoxdur. Əksinə, burada rus dilinin işlənmə dairəsi genişlənib. Rus məktəblərinə də təhlükə yoxdur. Hərçənd, Rusiya bizim yox, işğalçı ölkənin hərbi-siyasi müttəfiqidir.

Göründüyü kimi, Rusiyanın ombudsmanı neqativ mənada adını çəkdiyi ölkələrin sırasında Azərbaycanın adını çəkməyib. Azərbaycanda rus dilinə münasibətdən Rusiya ən yüksək səviyyədə məmnun olduğunu bu yaxınlarda ifadə etmişdi. Belə ki, bu il sentyabrın 27-də Bakıda keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edərkən Rusiya prezidenti Vladimir Azərbaycanda rus dilinə böyük dəstək verildiyini bəyan etmişdi. Putin bildirmişdi ki, Rusiya Azərbaycanda rus dilinin hakimiyyət və cəmiyyət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirir: “Biz rus dilinə olan marağı görür və bunu yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşlarının rus dilinə olan maraqlarını deyil, həm də dövlətdən, bələdiyyələrdən, şəhərlərdən yardım edildiyinin şahidiyik. Respublikada rus dilini tədris edən 300-dən çox məktəb fəaliyyət göstərir. Rus dilinin dəstəklənməsi istiqamətində ən mühüm baza isə insanların ürəyində, ağlındadır”.

Bəs, Ermənistanda rus dilinin və rus dilli təsisatların sıxışdırılmasının artıq Rusiya ombudsmanı səviyyəsində narazılıqla dilə gətirilməsi məsələnin ciddiliyindən xəbər verirmi? Bu məsələ Rusiyanın Ermənistanı cəzalandırmasına qədər inkişaf edə bilər?

Siyasi analitik Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Sovet quruluşunun dağılmasından sonra nəsillərin dəyişməsi ilə formalaşan yeni mədəniyyətdə postsovet ölkələrində rus dilinin öz mövqeyini itirməsi qaçılmaz bir proses idi: “Eyni proseslər müxtəlif səviyyədə bütün postsovet ölkələrində müşahidə olundu. Amma bir neçə post sovet ölkələri var ki, bu proses yerli hökumətlərin məqsədyönlü siyasətinin təsiri  ilə baş verdi və sürətləndi. Bu kimi ölkələrə misal olaraq Baltikyanı ölkələrini misal göstərə bilərk. Lakin nə qədər təəccüblü olsa da bu proseslər həm də Rusiyanın Cənubu Qafqazda forpostu sayılan Ermənistanda da getdi, indi sadəcə, proses bir qədər də sürətlənib və rəsmi şəkil almağa başlayıb.

Odur ki, Rusiyalı ombudsmanın Ermənistanda rus dilinin sıxışdırılması ilə bağlı narahatçılığı bir az gecikmiş narahatçılıqdır. Ermənistan ölkə daxilində rus dilinin və rus dilli təsisatların sıxışdırılmasının istiqamətində uzun illərdir sistemli iş aparır. Ancaq bu fəaliyyət təkcə rus dili və təsisatlarına qarşı deyil, həmçinin etnik rus vətəndaşlara qarşı da aparılır. Məlumat üçün deyim ki, Ermənistanda 1989-cu il əhalini siyahıya alma statistikasına görə ruslar əhalinin 1,6 faizini təşkil edirdi, bu isə təqribən 56 minə yaxın etnik rus vətəndaş demək idi. 2015-ci il statistikasında isə bu göstərici əhalinin 0,3 faizini təşkil edir, bu isə 200-ə yaxın vətəndaş deməkdir. Deməli, bu illər ərzində aparılan sistemli fəaliyyət nəticəsində ölkədə etnik rus vətəndaşlar 5 dəfə azalıb.

Nəzərə alsaq ki, Rusiyada bəzi yerlərdə kompakt və digərlərində dağınıq şəkildə 2,5 milyon etnik erməni çox rahat, vətəndaşlar və gəlmələr üçün yaradılmış ən uyğun şərtlərdən yararlanaraq yaşayır, onda Ermənistanın öz etnik rus vətəndaşlarına qarşı apardığı bu sistemli fəaliyyətin Rusiyada qıcıq yaratması çox normaldır.

Ermənistanda rus dili və rus dilli əhaliyə qarşı yönəlmiş bu fəaliyyətə qarşı Rusiyada bu qədər yüksək səviyyədə narazılığın dilə gətirilməsi məsələnin ciddiliyindən xəbər verir. Belə ki Rusiyanın xaricdəki rus dilli əhalinin müdafiəsinin təşkili qurumları son illər Ermənistanda rus dilli əhaliyə və rus dilinə qarşı təzyiqlərin artığını, erməni cəmiyyətinin etnik ruslara qarşı bu ölkədə ikinci dərəcəli vətəndaş statusunda davranıldığını, hökumətin isə bunu görməməzlikdən gəlmə siyasəti yürütdüyünü açıq şəkildə bəyan edirlər. Bu sahədə son illərin dramatik reallığı keçən il Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatında öz əksini tapmışdı və bu prosesin dayandırılması üçün spiker rus dilinin statusunu Ermənistanda rəsmən möhkəmlətməyi təklif etmişdi".

Ekspert hesab edir ki, bu məsələ Rusiyanın Ermənistanı cəzalandırmasına qədər inkişaf edə bilər: “Rusiya artıq buna qarşı bir sıra addımlar atmağa başlayıb. Keçən il Rusiyada qüvvəyə minən, xarici hüquqlara sahib olan sürücülərə Rusiya ərazisində işləməyi qadağan edən yeni qanun qəbul edilib. Bu isə ikili vətəndaşlıq faktoru üzündən bir başa ikili vətəndaşlığa malik Ermənistan vətəndaşlarına aid idi. Bu cür addımlar Ermənistana qarşı tək nəqliyyat sahəsi üçün deyil, digər sahələr üçün də tətbiq olunacaq”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Hamısı