Avropanı ABŞ və Çinə bənzər imperiya etmək vaxtı çatıb.
Eurasia Diary xəbər verir ki, bunu Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində Fransa Maliyyə naziri Bruno Le Meyr deyib. Onun sözlərinə görə, bu imperiya hüquqi dövlət prinsiplərinə əsaslanan sülhsevər ölkə olmalıdır.
O, Avropa Birliyinin ABŞ-ın İrana sanksiyalarından qorunması gərəkdiyini bildirib.