Səudiyyə Ərəbistanı OPEK-in buraxılması məsələsini istisna etmir.
Eurasia Diary xəbər verir ki, bunu “Blumberq” agentliyinə açıqlamasında Səudiyyə Ərəbistanı Energetika naziri Xalid əl Faleh deyib.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının OPEK-in buraxılması imkanlarının öyrənilməsinə başladığı haqda məlumat yayılıb. Ər-Riyadın belə addım atmasına səbəb kimi ABŞ-ın qəbul edəcəyi NOPEC qanun layihəsi, eləcə də neftin gələcəkdə öz effektivliyini itirmək imkanları göstərilib.