Ermənistanın keçmiş hakim partiyası seçkiyə əsas müxalifət kimi gedir - QƏRAR | Eurasia Diary - ednews.net

15 Dekabr, Şənbə


Ermənistanın keçmiş hakim partiyası seçkiyə əsas müxalifət kimi gedir - QƏRAR

Dünya A- A A+

Eurasia Diary xəbər verir ki, Ermənistanın keçmiş hakim Respublika partiyası dekabrın 9-da keçiriləcək vaxtından əvvəl parlament seçkisində iştirak etmək qərarına gəlib.

Azadlıq Radiosu erməni xidmətinin noyabrın 12-də verdiyi məlumata görə, bunu partiyanın üzvü, keçmiş müdafiə naziri Vigen Sarqsyan partiyanın iclasından sonra mətbuata açıqlamasında deyib.

O deyib ki, seçkiyə əsas müxalifət qüvvəsi olmaq üçün gedirlər. Və hesab edirlər ki, təcrübələri, imkan və resursları buna imkan verir. Sarqsyan qeyd edib ki, Respublika partiyası seçkidə hakimiyyətə gəlmək üçün yox, ağır yük daşıyacaq gələcək müxalifət olmaq üçün xalqdan mandat istəyəcək.

Hazırda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə bundan əvvəl-noyabrın 8-də Astanaya səfəri zamanı deyib ki, saxta müxalifət son 20 ildə Ermənistanın siyasi mənzərəsini dağıdıb. O qeyd edib ki, uzun zaman Ermənistanda xalqın mandatını qazanmış hökumət və müxalifət olmayıb. Amma biz saxta müxalifət düzəltməyəcəyik və qarşıdan gələn seçkidə kimin hökumət, kiminsə müxalifət olacağını xalq həll edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...