İranda aylıq gəliri 3 milyon tüməndən (təxminən 215 dollar) aşağı olan 11 milyon nəfərə qida və maliyyə yardımı göstəriləcək.
Eurasia Diaryxəbər verir ki, bu barədə İran parlamentinin Sosial İşlər komissiyasının üzvü Əbdürrıza Əzizi danışıb.
Əzizi son dövrdə artan inflyasiya ilə bağlı qeydə alınan qiymət artımlarının işçi və məmurların aldıqları maaşların yaşayış üçün kifayət etməməsinə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, qarşıdakı günlərdə qida yardımı göstərilməsi nəzərdə tutulan şəxslərin sayı 30 milyona çatdırıla bilər.
“Aylıq bir nəfərə 40 min tümən (təxminən 3 dollar), 2 nəfərlik ailəyə 80 min, 3 nəfərlik ailəyə 110 min, 4 nəfərlik ailəyə 135 min, 5 nəfərlik ailəyə isə 145 min tümən maliyyə yardımı göstəriləcək”, - Əzizi bildirib.