Rusiya, ABŞ və Çin arasında geosiyasi rəqabətin pisləşməsi dünyada yeni genişmiqyaslı böhranlara səbəb ola bilər.
Eurasia Diary xəbər verir ki, bunu “Astana Klub” forumunda çıxışı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.
“Rusiya, ABŞ və Çinin gərgin geosiyasi rəqabəti təkcə qlobal kontekstdə yox, həm də “böyük Avrasiya” perimetrində gedib. Strateji üçbucaqda çətin anlar hər zaman olub, lakin indi bu böhranların idarə edilməsi çətinləşir”, – deyə o bildirib.