Suriya Prezidenti Bəşər Əsədin İŞİD-dən azad edilən Süveydə bölgəsinin sakinləri ilə görüşü zamanı maraqlı anlar yaşanıb.
Eurasia Diary xəbər verir ki, sakinlər prezidentə minnətdarlıq əlaməti olaraq onu çiyinlərinə qaldırıblar. Bundan sonra hər kəs Əsədə təşəkkür etməyə başlayıb.
Qeyd edək ki, Süveydə bölgəsi bir müddət əvvəl Suriya ordusu tərəfindən azad edilib.