Almaniya kansleri Angela Merkel Avropa Təhlükəsizlik Şurası yaratmaq təklifi irəli sürüb.
Eurasia Diary RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Angele Merkel Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
O, vahid Avropa ordusu fikrini də dəstəklədiyini bildirib: "Belə bir addım Avropa ölkələri arasında müharibənin daha mümkün olmayacağını göstərərdi. Bu, NATO-ya qarşı yox, NATO-ya yaxşı əlavə olar”.