ABŞ jurnalist Camal Qaşıqçının öldürülməsinə cavab olaraq sadəcə bir sıra səudiyyəli məmura viza məhdudiyyətlərinin tətbiq edilməsi ilə kifayətlənməyəcək, biz həmçinin əlavə tədbirlər görülməsini planlaşdırırıq.
Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.
“Biz sanksiyaları əvvəldən elan etmirik, ancaq planlaşdırdığımız tədbirlər vizaların geri alınması və səfərlərin ləğv edilməsi ilə məhdudlaşmayacaq”, - Noyert qeyd edib.