Eurasia Diary AA-ya istinadən xəbər verir ki, İsrail Müdafiə Naziri Aviqdor Liberman istefa verə bilər.
Beləki, İsrail mətbuatında yer alan xəbərlərə görə Libermanın bu gün istefa verəcəyi gözlənilir.
Libermanın məhz son günlərdə Fələstinlə baş tutan Qəzza zolağındakı döyüşlərdən sonra istefa verməsi beynəlxalq mətbuatda ciddi rezonansa səbəb olub.
Qeyd edək ki, Liberman İsrail Evimiz Partiyasının lideridir və Netanyahunun rəhbərliyi ilə koalissiya şəklində bir hökumətdə birləşən 6 partiyadan biri məhz onun partiyasıdır. Liberman əgər istefa versə İsraildəki koalissiya hökumətinin gələcəyi sual altında qala bilər. Ona görə də siyasi ekspertlərin fikrincə, Libermanın istefasından sonra İsraildə növbədənkənar parlament seçkiləri baş tuta bilər.