Ankara 83 ölkədən FETÖ ilə əlaqələri olan 452 şəxsin qaytarılmasını tələb edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə 83 ölkəyə FETÖ ilə əlaqələri olan 452 şəxs barədə sənədləri təqdim edib. Biz bu şəxslərin Türkiyəyə verilməsini tələb edirik”, - Çavuşoğlu qeyd edib.