Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da İstanbula edəcəyi səfərin detalları açıqlanıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Liderlərin görüşü zamanı Rusiya-Türkiyə münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Putin İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak edəcək.