Rusiya Xəzər donanmasını yeni raketlər, aviasiya ilə gücləndirməyi planlaşdırır.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər donanmasının rəhbəri Sergey Pinçuk deyib. Onun sözlərinə görə, Xəzər donanmasında dəniz piyadalarından ibarət ümumi alay yaradılması nəzərdə tutulub.
O, donanamaya 2 raket kateri və iki kiçik desant gəmisinin daxil ediləcəyini bildirib.
Qeyd edək ki, bu gün Xəzər donanmasının yaradılmasını 296 ili tamam olur. Donanma 1722-ci ildə I Pyotrun əmriylə yaradılıb.