Eurasia Diary xəbər verir ki, Avropa İttifaqı ilə əldə edilən razılaşmadan sonra Böyük Britaniya Brexit Naziri Dominik Rab istefa verib.
İstefasını şəxsi "tvitter" hesabından paylaşan Rab qeyd edib ki, "Şimali İrlandiya üçün nəzərdə tutulan tənzimləyici rejimin İngiltərənin ərazi bütövlüyü üçün təhlükəli olacağanı düşünürəm. Ayrılmamız haqqında Avropa İttifaqına veto hüququ verən, müddətsiz bir tədbir maddəsini dəstəkləyə bilmərəm".
Qeyd edək ki, bu gün səhər saatlarında eyni səbəbdən Şimali İrlandiyadan məsul olan Dövlət Naziri Shailesh Vara da istefa verib.