Azərbaycan dili dövlət dilidir, erməni olmur, kim olur-olsun bu dili bilib, gəlib burada oturmalıdır.
Eurasia Diary xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə etirazına münasibət bildirərkən deyib.
Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:
“Mən burada erməni, ya da başqa dildə tərcüməçi otuzdurmalı deyiləm ki? Burada olan ermənilər hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”