Eurasia Diary İHA-ya istinadən xəbər verir ki, Ərdoğan və Putin Türk axını təbii qaz layihəsinin dənis hissəsinin tamamlanması münasibətilə İstanbulda həyata keçiriləcək mərasimdə görüşəcəklər.
Görüşdə iki dövlət arasında inkişaf edən enerji və digər sahələr üzrə əməkdaşlıq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Türk Axımı layihəsi rus təbii qazının Qara dəniz vasitəsilə Avropaya ixracını nəzərdə tutan bir layihədir. Layihənin 2019-cu ildə tamamlanması gözlənilir.