Erməni dülgərin nazir oğlu Kremlin ən uzunömürlü və ən hiyləgər məmuru

Dünya 18:30 15.11.2018

Gecədən xeyli keçmiş telefon zəng çalır. Yuxudan oyanan Anastas Mikoyan gözlərini ovuşdura-ovuşdura dəstəyi qaldırır. Xəttin o başından Stalinin yorğun və zəhmli səsi eşidilir:

- Anastas İvanoviç, yatmamışdınız?

- Xeyr, yoldaş Stalin, sənədlər üzərində işləyirəm.

Təbii ki, Stalin Mikoyanın yuxulu səsindən hiss edir ki, erməni nazirin yuxusuna haram qatıb. Amma rəhbərin məqsədi yuxuya haram qatmaq yox, Mikoyanın yuxusunu ərşə çəkmək olduğundan daha bir sual verir:

- Yoldaş Mikoyan, yaddaşımda bir az problem yaranıb, xahiş edirəm mənə Bakı komissarlarının neçə nəfər olduğunu xatırladasınız. Onlardan sağ qalanı varmı?

Mikoyanın boğazı quruyur, cavab verməyə çalışır:

- Yoldaş Stalin, 26, yox, daha doğrusu 27, əslində...

Stalin onun çaşqın ifadələrini yarımçıq qoyur:

- Anladım sizi, deyəsən, sizin də yaddaşınızda problem yaranıb. Gedin işinizi davam etdirin, mən isə artıq yatmalıyam.
Rəhbər dəstəyi yerə qoyur. Mikoyanın isə sözün əsl mənasında yuxusu ərşə çəkilir. O, Stalinin nəyə işarə etdiyini yaxşı dərk edir...

Bir müddət keçir. Ziyafətlərin birində qədəhlər dolub-boşaldıqdan sonra Mikoyan Stalinin həyat yoldaşı Nadejda ilə söhbət etdiyi bir məqamda qəfil Stalinin bir az ucaldılmış tonda səsi diqqəti rəhbərə yönəldir:

- Yoldaşlar, diqqət edin, görün, Anastas İvanoviç mənim həyat yoldaşıma necə girişir. Və bütün bunları büro üzvlərinin qarşısında edir. Güllələyəcəm... Sonra deməyin ki, Stalin qəddar və amansızdır.

Məclisdəkilər Stalinin bu ifadələrini zarafat qəbul edib gülüşsələr də, Mikoyanı bu dəfə də soyuq tər basır.

Siyasi müstəvidə mövqelərini möhkəmlətmək üçün rəhbərlərlə münasibətlərin balanslaşdırılmasında peşəkar olan Mikoyan ilk dəfə olaraq 1949-c ildə Stalinin qəzəbinə tuş gəlib. Yəhudi və çeçen-inquş məsələlərində Stalinin iradəsinə zidd gedən Mikoyan ilk dəfə mövqelərinin laxladığını hiss edib. O, yaxşı dərk edib ki, Stalinin növbəti “təmizlik” siyahısında adı Vyaçeslav Molotovla birgə ilk sırada yer alıb. Ancaq erməni nazirin bu dəfə də bəxti gətirib. Stalinin vəfatından sonra Mikoyan yenidən siyasi səhnənin ulduzlarından birinə çevrilib.

Anastas Mikoyan yoxsul bir ailədə anadan olub. Atası dülgər işləyib. Gənclik illərindəki siyasi fəaliyyəti Azərbaycanla sıx bağlı olan erməni kommunist SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. Hətta Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kürsüsündə də əyləşməyə müyəssər olub. 55 illik siyasi fəaliyyətində 54 il Mərkəzi Komitənin, 40 il isə Siyasi Büronun üzvü olub. Sovet İttifaqında heç bir siyasətçiyə nəsib olmayan bu göstəricilər bir daha sübut edir ki, erməni siyasətçi özünün siyasi mövqelərini möhkəmlətmək üçün hiyləgər və anlaşılmaz addımları ilə istəklərinə nail olmağı bacarıb. Bu “bacarığına” görə Anastas Mikoyan xüsusi status da qazanıb: “Vladimir İliçdən Leonid İliçə qədər infarktsız və iflicsiz”.

Kremlin dəhlizlərində istədiyi manevrləri etməyi bacaran Mikoyan bütün siyasi fəaliyyəti dövründə birinci şəxslərin qarşısında “gərəkli” fiqur olmağını sübut edə bilib. Hələ 1921-ci ildə hansı siyasi komandaya xidmət edəcəyini müəyyənləşdirə bilməyən Mikoyan Stalini tənqid etsə də, Stalin hakimiyyətə gələndən sonra onun ən yaxın əlaltılarından biri olub. O cümlədən Nikita Xruşovun komandasında olması nəzərdə tutulmayan Mikoyan hiyləgər gedişləri ilə onun da saqqızını oğurlamağı başarıb.

Mikoyan siyasi fəaliyyətinin bütün dövrlərində Dağlıq Qarabağ məsələsini diqqətdə saxlayıb.

1945-ci ildə Mikoyanın qudası olan Arutyunov - Ermənistanın birinci katibi Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Kremlə müraciət edəndə təbii ki, Stalin bu müraciətdə Mikoyanın da əlinin olduğunu hiss edib. Sözsüz ki, Ermənistan rəhbərliyinin müraciəti öz müsbət həllini tapmayıb.

Nikita Xruşovun hakimiyyəti dövründə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı növbəti dəfə Kremlə müraciət ediblər. Bu dəfə Mikoyan açıq şəkildə məsələyə müdaxilə edib və bu haqda Xruşova öz mövqeyini bildirib. Bu hiyləgər oyundan hiddətlənən Xruşov öz fikrini Mikoyana açıq şəkildə bildirib:

- Anastas İvanoviç, siz məni vadar edirsiniz ki, mən Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında sərəncam imzalayım.

Anastas Mikoyan siyasi karyerası naminə istənilən addımı atmağa hazır olub. Onun üçün vəzifə hər şeydən müqəddəs idi. Hətta öz vəsifəsinə görə, ölkə başçısının yanında “hörmətli” olması üçün yeri gələndə öz millətinin qanına da susayıb. Belə ki, Ermənistanda Mikoyanın iştirakı ilə plenum keçiriləndə həmin dövrdə Ermənistanın birinci katibi Amatuni Kremlin nümayəndəsinin çıxışına bəzi iradlarını bildirib. Bunun nəticəsində Ermənistanın birinci və ikinci katibi, Ermənistan Xalq Komissarları Sovetinin sədri, daxili işlər komissarı və demək olar ki, respublikanın digər vəzifəli şəxsləri həbs olunub.
1937-ci ildəki kütləvi repressiyalarda Anastas Mikoyanın “xüsusi” xidmətləri olub. SSRİ-nin əsasən ticarət, təchizat, yeyinti sənayelərinə başçılıq edən Mikoyanın təşəbbüsü və təqdimatı ilə bu sahədə çalışan yüzlərlə insan həbs olunub.

Mikoyanın ən böyük “kəşf”lərindən biri SSRİ-nin yeyinti sənayesinə rəhbərlik etdiyi dövrdə həftənin cümə axşamları günündə balıq gününün (“çetverq rıbnıy den”) elan etməsi olub. Belə ki, həmin gün ölkənin iaşə obyektlərində yalnız balıq məhsulları verilib.

Mikoyanla bağlı maraqlı faktlardan biri də onun rəqs etməyi ilə bağlıdır. Stalin hakimiyyəti dövründə öz bağ evində axşamlar tez-tez məclislər təşkil edib və Kremlin seçmə məmurlarının bu məclislərdə iştirakı vacib sayılıb. Rəhbər bu əyləncə məclislərində patefonu işə salaraq məmurlara rəqs etməyi təklif edib. Təbii ki, bi təklifdən imtina etməyə heç kimin cürəti çatmayıb. Odur ki, bacaran da, bacarmayan da rəqs etməyə məcbur olub. Bu gülməli mənzərədən Stalin xüsusi zövq alıb. Rəqs etməyi bacarmayan Mikoyan isə hansı müsiqinin çalınmasından asılı olmayaraq, ancaq “ləzginka” rəqsini oynayıb.
Stalinin bütün rəhbərliyi dövründə qarşısında baş əyən, ona təzim edən, özünə arxa-dayaq sayan, şərabını süzən, əyləncələrini təşkil edən və nəhayət, onunla birgə çörək kəsən Anastas Mikoyan 1950-ci ilin ortalarında Xruşova xoş olsun deyə, Stalinin şəxsiyyətə pərəstiş məsələsi ilə bağlı tənqidi çıxışlar edib.

Anastas Mikoyanın beş oğlu olub. Onlardan dördü Mikoyanın qardaşı, aviakonstruktor Artyom Mikoyanın təşəbbüsü ilə aviasiya sistemində işləyib. Mikoyan birinci oğluna Şaumyanın şərəfinə Stepan, ikinci oğluna Caparidzenin şərəfinə Aleksey, üçüncü oğluna Fioletovun şərəfinə Vano, dördüncü oğluna Ordconikidzenin şərəfinə Serqo, beşinci oğluna Leninin şərəfinə Vladimir adlarını verib. Göründüyü kimi, müəmmalı “27-ci komissar” adqoydu məsələsində də siyasi fəaliyyətindən geri qalmayıb.

Brejnev hakimiyyəti dövründə, 1964-1965-ci illərdə Anastas Mikoyan SSRİ-nin ən yüksək vəzifələrindən biri sayılan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olub. Ancaq o, bu vəzifədə çox da duruş gətirə bilməyib. 1964-cü il okytabr plenumunda çıxış edən Mikoyan çox “sakit və hiyləgərcəsinə” yenicə devrilmiş Xruşovu müdafiə edib, onun siyasi fəaliyyətənə müsbət qiymət vermək təklifini irəli sürüb. Bu çıxış Leonid Brejnevin yaddaşına həkk olunub. Elə növbəti 1965-ci ildə Brejnev Mikoyanın 70 yaşının tamam olmasını bəhanə gətirərək, döşünə 6-cı “Lenin” ordenini taxıb və onu vəzifədən yola salıb.

Anastas Mikoyan 1978-ci ildə 82 yaşında vəfat edib. Öz vəsiyyətinə görə onu Ermənistanda deyil, Moskvada Novedeviçye qəbristanlığında dəfn ediblər.

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı