Rusiya ilə müharibə başlayacağı halda Ukrayna buna tab gətirməyəcək.
Eurasia Diary xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri İqor Smeşko danışıb.
“Biz nə iqtisadiyyat, nə də güclü silahlı qüvvələrin inkişafında nailiyyət göstərə bilməyəcəyik. Bəli, hazırda Donetsk və Luqanskdakı separatçılara qarşı statik olaraq dayana bilirik. Biz çox yaxşı başa düşürük ki, əgər nəzəri baxımdan Rusiya Federasiyası ilə hava qüvvələrinin iştirakı ilə hücum əməliyyatı keçirilsə, o zaman bizim ordumuz sadəcə tab gətirməyəcək”, -Smeşko bildirib.