İranda türkcə coğrafi adların farsca adlandırılması prosesi davam edir.
Eurasia Diary xəbər verir ki, artıq Urmiya Şəhər Şurasının üzvləri “Gülman” şəhərciyinin “Dəryaşəhr” adlandırılması haqda qərar qəbul ediblər.
Güneyli fəallar bildirirlər ki, coğrafi adların fars sözləri ilə dəyişdirilməsi faktlarına Güney Azərbaycanın digər şəhər və kəndlərində də rast gəlinir.