Eurasia Diary AA-ya istinadən xəbər verir ki, ABŞ-da günlük xam neft istehalı ötən həftə 11,7 milyon barellə çatıb. Bu isə ABŞın neft istehalı tarixində yeni bir rekord hesab edilir.
Amerika Enerji İnformasiya İdarəsindən yerli mətbuata verilən məlumata görə son bir həftə ərzində ABŞ-da neft istehsalı 111 min barrel artıb.
Son statistik göstəricilərə görə ABŞ ötən həftə neft istehsalında əldə etdiyi rekord nəticə ilə dünyanın ən çox xam neft istehsal edən dövləti, Rusiyanı geridə qoyub və ABŞ hal-hazırda dünyanın ən çox xam neft istehsal edən ölkəsi hesab edilir.
ABŞ-ın neft istehalını günü-gündən artırması dünya neft bazarına təsirsiz ötüşməyib. Beləki, Amerika Enerji İnformasiya İdarəsinin son bir aydakı neft istehalı göstəricilərini mətbuata təqdim etməsindən sonra dünya bazarında neftin qiyməti aşağı düşüb.
Qeyd edək ki, ABŞ-ın xüsusən İrana tətbiq edilən sanksiyalardan sonra neft istehsalını artırması beynəlxalq aləmdə neft qiymətinin sabitliyinin qorunub saxlanılması naminə atılmış bir addım kimi dəyərləndirilir.