Hindistanda “Qaca” siklonunun törətdiyi fəsadlar azı 9 nəfərin ölümünə, 82 min nəfərin təxliyə edilməsinə səbəb olub.
Eurasia Diary Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu gün səhər erkən vaxtı ölkənin cənubundakı Tamilnad ştatında bir neçə saat davam edən fırtınalı hava şəraiti hökm sürüb. Güclü yağış ilə müşayiət olunan küləyin sürəti saatda 120 kilometrə çatıb. Bəzi yerlərdə külək ağacları kökündən qoparıb, binalara ziyan dəyib, daşqınlar meydana gəlib.
Tamilnad ilə yanaşı, qonşu Andhra Pradeş ştatında da bütün balıqçı gəmiləri sahilə çağırılıb.