Rəsmi Pxenyan təkmilləşdirilmiş ultramüasir silahını ölkə başçısı Kim Çen İnin nəzarəti ilə uğurla sınaqdan keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə Şimali Koreya mətbuatı yazıb.
“Bu gün əldə olunan nəticə partiyanın müdafiə elmi və texnologiyasına köklənməsinin sübutu, bütün bölgədə sürətlə böyüyən müdafiə qabiliyyətimizin digər bir təzahürü və ordumuzun döyüş qabiliyyətinin gücləndirilməsi sahəsində inqilabi bir dəyişiklikdir”, - Kim Çen deyib.
Qeyd edək ki, Şimali Koreya mətbuatı silahın Şimali Koreyanı “polad divar” kimi hücumlardan müdafiə edə biləcəyini bildirib.