Qarabağ erməniləri Bakı ilə danışıqlara gedə bilər

Dünya 19:20 16.11.2018

Eurasia Diary xəbər verir ki, tanınmış politoloq Arzu Nağıyevin Axar.az-a müsahibə verib:

İkinci hissə 

- Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın rəsmi nümayəndələrinin Qarabağa səfərləri artıb. Bunların arasında sırf xarici siyasət və hərbi strukturların nümayəndələri üstünlük təşkil edirlər. Təkcə Tonoyanın avqust ayında Qarabağa 3 səfəri olub. Səfər intensivliyinin səbəbi nədir?

- Bu səfərlərin obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb ondan ibarətdir ki, Paşinyanın oğlu həmin bölgədə qulluq edir. Paşinyanın ətrafındakı vəzifəli şəxslər özlərini daha yararlı göstərmək üçün onun oğluna baş çəkməyə gedirlər. Birinci məsələ budur. İkincisi, yadınızdadırsa, Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ klanı və Köçəryanla bağlı həbslər başladı. Həmin vədə ən böyük mitinqlər məhz Dağlıq Qarabağ ərazisində başladı. Digər tərəfdən, Dağlıq Qarabağ ərazisində çoxlu sayda silah-sursat var. Hazırda Ermənistan hakimiyyəti Dağlıq Qarabağa nəzarəti itirməkdən qorxur. Baxın, Ermənistan daima “kilsə dövləti” olub, amma yeni hakimiyyət gəldikdən sonra belə kilsəyə qarşı hücumlar başladı. Bu, məhz Dağlıq Qarabağ ərazisindən başladı. Üçüncü səbəb isə Dağlıq Qarabağ kartının çox mühüm olmasıyla bağlıdır. Belə ki, həm seçkidə, həm hakimiyyətdə möhkəmlənmək planlarında, həm də Rusiya ilə əlaqələr məsələsində bu kart İrəvan üçün ən vacib vasitədir.

- “Dağlıq Qarabağı itirmək” deyəndə nəyi nəzərdə tutursunuz?

- Bunu artıq gedişat göstərə bilər. Dağlıq Qarabağın müstəqil olması mümkün deyil. Çünki nə Azərbaycan tərəfi, nə də dünya birliyi buna imkan verəcək. Hətta xalqların öz müqəddəratını təyinetmə prinsipinin yer aldığı Helsinki aktına əsasən də bunu etmək olmaz. Çünki artıq erməni dövləti var, ermənilər öz müqəddəratlarını, necə deyərlər, təyin ediblər, 1991-ci ildə Ermənistan özünün müstəqilliyini elan edib. İkinci bir dövlətin yaranması inandırıcı deyil. Əsas məsələ Dağlıq Qarabağdakı separatçıların Ermənistan hakimiyyətinə qarşı çıxması və bundan istifadə edərək müxtəlif addımlar atması ehtimalıdır. İrəvanı qorxudan əsas məsələ budur. Onların burada hansısa bir qurum yaradıb Azərbaycanla danışıqlara getmələri də istisna edilməməlidir.

Ter-Petrosyan vəzifəyə gətirilir

- Qarabağ klanı Serj Sərkisyan hakimiyyətinin ətrafında cəmləşmişdi. Amma Paşinyan hakimiyyətə gələn kimi Serj Sərkisyanın yanından ilk gedənlər də məhz bu klanın biznesmenləri oldu. Onlar isə klanın əvvəlki lideri Köçəryan yerinə Paşinyanın yanında cəmləşdilər. Bu, həmin klanın hələ də hakimiyyətdə qaldığını deməyə əsas verirmi?

- Təbii ki! Onların Rusiya və “Qazprom”la olan sıx əlaqələri, ümumiyyətlə, klanın hakimiyyətdən tam şəkildə getməsinin qarşısını alır. Onların Paşinyanın ətrafında toplanmalarının başqa səbəbi də var. Belə ki, Paşinyanın “xaç atası” sayılan Levon Ter-Petrosyanın burada rolu danılmazdır. Petrosyan bütün regionda və Ermənistanda baş verən proseslərə ciddi nəzarət edə bilən, eyni zamanda, siyasəti yaxşı bacaran liderdr. Yəni bütün bunlar Paşinyanın öz beyninin məhsulu deyil. Burada əsas məsələ Petrosyanla bağlıdır. Petrosyan Paşinyana “xaç atalığı” edə-edə, ona istiqamətlər verir. Digər tərəfdən Paşinyanın yanına toplaşan biznesmenlərin çoxu öz maddi sərvətini Petrosyanın zamanında qazanıblar. Petrosyanın onların üzərində təsir qüvvəsi hələ də var. Həmin biznesmenlərə göstərir ki, Ermənistanı itirmək istəmirsinizsə, bugünkü gün əlinizdə olan sərvəti məhz Paşinyanın ətrafında qorumalısınız.

- Paşinyan eks-prezidentlərdən yalnız Petrosyanla görüşüb. Bu da bir neçə ay öncə olub. Həmin görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsiydi. Petrosyan isə hakimiyyətdən uzaqda olmasına rəğmən hələ də Qarabağ mövqeyindən əl çəkmir. Başqa bir tərəfdən, Petrsoyan indi seçkiyə qatılmır. Paşinyana “xaç atalığı” edən adamın seçkidən uzaqda qalmasına səbəb nədir?

- İki mühüm məqam ola bilər. Əgər indi Petrosyan seçkiyə qatılsaydı, o zaman Paşinyanın hakimiyyətə gətirilməsində əsas maraqlı tərəfin məhz onun özü olduğu deyilərdi. İkinci səbəb isə Paşinyanın Petrosyanla bağlı planının olmasıyla bağlıdır. Belə ki, Nikol Paşinyan baş nazir seçiləcəyi halda onun Petrosyana mühüm vəzifələrdən birini verəcəyi istisna olunmur. Bunu gələcək göstərəcək. İndiki zamanda hiss olunur ki, Paşinyanın yetişdirilib ortaya çıxmasında birmənalı şəkildə iştirakı olan şəxs məhz Levon Ter-Petrosyandır.

Gürcüstan böhran ərəfəsində

- Hazırda Gürcüstanda vəziyyət nisbətən kritikdir. Xüsusilə Cavaxetiyada ermənilərin aktivliyi var. Həmin bölgədəki ermənilərin böyük hissəsi Daşnaksütyun Partiyasının üzvləridir. Paşinyan mövqeləri gücləndikdən sonra ölkədə yaranan iqtisadi böhrandan diqqəti yayındırmaq, eləcə də İrəvanın blokadadan çıxarılması üçün Cavaxetiyada hansısa aktivlik yarana bilərmi?

- Əslində bütün bunlara görə Paşinyan hakimiyyətə gələndən sonra özünün ilk xarici səfərini məhz Gürcüstana etdi. Bu zaman Cavaxetiyaya da getdi. Burada görüşlər keçirdi. Əsas məqsəd Abxaziyadan keçən və İrəvana qədər uzanan dəmiryolunun açılmasına nail olmaq idi. Ermənistanı blokadadan çıxarmaq üçün Paşinyan bu cür danışıqlar apardı. Ona görə də o, Gürcüstanda rəhbərlik səviyyəsində görüşlər keçirdi. Lakin bu görüş heç bir nəticə vermədi. Abxaziyaya separatçı qüvvələr rəhbərlik etdiyi üçün Gürcüstan buna getmədi. Digər tərəfdən, Gürcüstan üçün əsas təhdidlərdən biri də Cavaxetiyadır. Belə ki, daşnaklarla bərabər, İrəvan da burada müəyyən muxtariyyətə iddialıdır. Tiflis bu bölgəni öz təhlükəsizliyinə təhdid kimi daima nəzərində saxlayır. Ona görə də burada tam olaraq Gürcüstanın maraqlarına cavab verən siyasət aparılır. Çox güman ki, Boltonun da Tiflisə səfəri zamanı əsas tələblərindən biri Cavaxetiyaya nəzarətin gücləndirilməsiydi.

Bu bölgədə aktivlik artacağı halda Qafqazda ikinci Qarabağ yarana bilər. Təsəvvür edin ki, Cavaxetiyada muxtariyyət məsələsi gündəmə gətirilsə, bir tərəfdən Borçalıda, digər tərəfdən də Abxaziyada yeni hadisələr baş verə bilər. Bununla da Gürcüstanın ərazi bütövlüyü məsələsi tam məhv olar. Qərb gələcəkdə Gürcüstanı NATO-nun tərkibində görmək istəyirsə, bu ocaqların yaranmasının qarşısını almalıdır.

Ermənistanda hökumət başına Paşinyan gəldikdən sonra Cavaxetiya probleminə yenidən diqqət artırıla bilər.

- Buna Gürcüstanda müxalifətin qalib gəlmə ehtimalı da təsir göstərə bilərmi?

- Gürcüstanda, ümumiyyətlə, seçkiqabağı subyektiv fikrim bu idi ki, Zurabişvili qabağa keçəcək. Çünki birmənalı şəkildə Bidzina İvanişvili, Gürcü Arzusu Partiyası tam şəkildə parlament səviyyəsində Zurabişvilini dəstəkləyirdi. Qriqor Vaşadzenin müxalifətin vahid namizədi kimi ortaya çıxmasının səbəbi təkcə Saakaşvili deyildi. Çünki orada seçicilər iki hissəyə bölünüb. Varlı təbəqə Saakaşvilinin ölkəyə qayıtmasını istəmir, onu sevmir. Ona görə ki, Saakaşvilinin dövründə total həbsolunmalar, eləcə də varlı təbəqənin var-dövlətinin “kasıblara paylanılması” prosesi baş verirdi. Ölkənin kasıb təbəqəsi isə Saakaşvilini dəstəkləyir. Verilən proqnozlar bir daha öz təsdiqini tapdı və Gürcüstanda seçki ikinci tura qaldı. Burada da müəyyən siyasi gedişlər oldu. Hətta erməni xüsusi xidmət orqanları bir oyun oynadı ki, guya azərbaycanlılar və gürcülər başqa-başqa namizədlərə səs veriblər. Bu, məxsusi bir məsələ idi. Təbii ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə də Zurabişvilini dəstəkləyənlər var idi. Yəni bu gün azərbaycanlıların iqtisadi, siyasi, mədəni, mənəvi problemlərini həll edə biləcək namizəd hansıdırsa, səsi ona verəcəklər. Lakin kimin prezident seçilməsindən asılı olmayaraq, Gürcüstanla biz strateji tərəfdaşıq. Bizim meqa-enerji layihələrimiz var. Buna görə də məhz hakimiyyətlər səviyyəsində hər hansı problemin yaranacağını düşünmürəm. Yəni ola bilsin, müsbətə doğru hər hansı addımlar atılsın. Gürcülər başa düşür ki, Borçalıda azərbaycanlılar kompakt yayaşır. Burada hər hansı bir problem yaransa, Borçalıdan da əhali buna qoşula bilər. Ona görə də Tiflis birmənalı şəkildə Azərbaycanla mühüm əhəmiyyət kəsb edən dövlət kimi davranır.

- Amma bu ölkənin ən qüdrətli şəxsi və partiyası Türkiyə və Azərbaycan əleyhinə çıxışlar edən namizədi dəstəkləyir. Bəs bu, nə məna kəsb edir?

- Zurabişvili Fransanın Gürcüstanda səfiri olub. Bir müddətdən sonra Saakaşvili ona Gürcüstanın xarici işlər naziri vəzifəsini verib. Yəni belə baxanda onu Saakaşvili ilə bağlayan müəyyən xətlər var. Lakin birmənalı şəkildə Zurabişvilinin Türkiyəyə qarşı olmasını və yaxud erməniləri azərbaycanlılardan çox dəstəkləməsini demək doğru deyil. Yenə də deyirəm, bu, siyasi məsələlərdir. Burada çalışırlar ki, kimisə nüfuzdan salsınlar, kiminsə nüfuzunu qaldırsınlar. Bizim üçün orada kimin prezident seçiləcəyi elə də böyük əhəmiyyət kəsb etmir. Bizi əsas maraqlandıran oradakı azərbaycanlıların taleyidir. Azərbaycanla Gürcüstanın münasibətləri dəyişməz olaraq qalacaq. Lakin bu oyunlardan hiss olunur ki, burada artıq kompromat müharibələri gedir. Orada azərbaycanlılar böyük elektoratdır, ermənilər də az deyil.

Qafqazda SSRİ-nin taleyi təkrarlanır

- Qafqazda da münasibətlər gərgindir. Azərbaycanın şimal sərhədlərinə yaxın ərazidə maraqlı proseslər gedir. Bu bölgədə köhnə konflikt ocaqları yenidən alovlana bilərmi?

- Rusiyanın tərkibində 83 subyekt var ki, bunların 11-i müsəlman inanclıdır. Bunun 8-i Qafqazda yerləşir. İnquşetiyaya, Çeçenistana baxın: bu gün baş verən hadisələr göstərir ki, Qafqazda vəziyyət kritikdir. Dağıstan rəhbəri vəzifəsinə Kreml öz adamını təyin etdi və dərhal burada korrupsiya faktı və digər problemlərlə bağlı həbslər başladı. Şimalı Qafqazın cənubu Azərbaycandır. Rusiyanın təhlükəsizliyinə olan təhdid sərhəddən bizə də keçə bilər. Bu, istər dini radikalizm yolu ilə, istərsə də iqtisadi məsələlərlə ola bilər. Orada hər hansı hərbi əməliyyatlar keçirilsə, sərhəd bağlana bilər. Bu, şimala çıxışın bağlanması deməkdir. Bir sözlə, Qafqazda gərginlik bizi narahat etməyə bilməz.

Qafqaz həqiqətən qaynayır və hətta Qərb Rusiyaya qarşı “Anakonda planı”nı həyata keçirir. Təsəvvür edin ki, Rusiyanı hər tərəfdən boğmağa çalışırlar. Rusiyaya qarşı sanksiyalar artdıqca həmin subyektlər başqa-başqa dövlətlərə vəsait üçün müraciət edirlər. Hazırda isə vəsait əsasən ərəb ölkələrindən gəlir. Rusiyada o qədər problem yaranıb ki, Moskva bütün bunlara nəzarət edə bilmir.

Bu gün Qafqazda baş verən hadisələrin regiona təsiri birmənalıdır. Hər gün hər şey ola bilər. Lakin bizi maraqlandıran əsas prioritet istiqamət Dağlıq Qarabağdır. Bu problemlərdən istifadə edərək Ermənistana təsir mexanizmini artırmaq lazımdır. Bu münaqişəni böyük güclərin sanksiyalarından, yaxud da Rusiyaya qarşı edilən başqa təzyiqlərdən istifadə edərək həll etmək lazımdır.

- Moskvanın Qafqazda bəzi liderləri dəyişdirir, amma bu dəyişiklik az qala irsilik prinsipi əsasında baş tutur...

- Hazırda Rusiyaya loyal olan şəxslər bu subyektlərin başına gətirilir. Çünki bu gün lider elə olmalıdır ki, Qafqazda camaat qarşısına çıxa bilsin. Kreml bu addımları mental məsələlərə görə, hərtərəfli ölçüb-biçir. Məsələn, Dağıstana Vladimir Vasilyev rəhbər qoyulanda onun bir kökünün qazaxlara gedib çıxdığı deyildi. Moskva bununla əhali arasındakı etirazın qarşısını aldı. 49 millətin arasına rusu rəhbər qoyurlarsa, deməli, artıq içəridə inam yoxdur. Ona görə də Qafqazda kimlər hakimiyyətə gətirilirsə, onlar hamısı Kremlə loyal insanlardır.

- Ola bilərmi ki, Kreml regional elitaları zəiflətməkdən ötrü respublikalardakı böhranı qızışdırır?

- Ümumiyyətlə, Rusiya üçün onları ləğv etmək ən məqsədəuyğun variantdır. Məsələn, Çeçenistanla İnquşetiya əvvəl necə idisə, elə olsa daha yaxşı olar. Burada qloballaşmaya gedilməsini müşahidə edə bilərik.

- O zaman biz “Qafqazda yeni toqquşmalar başlayacaq” deyə bilərikmi?

- Qafqazda artıq ürəkaçan mənzərə görməzsiniz. Çünki kazaklar çeçenlərə, çeçenlər inquşlara və tərsinə, kabardinlər balkarlara qarşı mübarizəyə qızışdırılır. Artıq milli məsələlərdən istifadə edirlər. Zamanında SSRİ-ni dağıtmaq üçün milli məsələlər ortaya atıldı. Qafqaz bu regionların içində ən təhlükəli bölgələrdən sayılır.

- Azərbaycan bu qədər böhranlı konflikt ocaqları ilə əhatələnib. Bakı öz balansı siyasətini dəyişdirə bilərmi?

- Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu kurs çox düzgündür. Burada üç istiqamət var: 1) insanların rifahı, keçirilən iqtisadi islahatlar; 2) ərazi bütövlüyünə təhdidin qarşısının alınması; 3) suverenliyin qorunması. Bu üç məsələ çox mühümdür. Bunların 3-nü də dövlət başçısı bir istiqamət olaraq, həyata keçirə bilirsə, bu, yüksək qiymətləndirilməlidir. Təsəvvür edin ki, heç bir hərbi bloka üzv olmadan biz öz siyasətimizi həyata keçiririk. Təbii ki, hamı istəyər ki, Azərbaycan qədər karbohidratları, xammalı olan ölkə onun yanında olsun. Azərbaycan dünyəvi dövlət olaraq baş verən prosesləri idarə edə bilir. Bu, çox düzgün siyasətdir. Qeyri-neft sektorunun inkişafına Azərbaycan nail ola bilsə, Bakı demək olar ki, bütün qalmaqallı proseslərdən çıxa biləcək.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Hamısı