ABŞ və Çin arasında iqtisadi konflikt bütün dünya üçün təhlükədir.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın İqtisadiyyat naziri Bruno Le Mer deyib. Onun sözlərinə görə, ABŞ və Çin dərhal dialoq yolunu tutmalı və ticarət müharibəsini bitməlidirlər.
O, bu müharibədə heç kimin qalib gəlməyəcəyini deyib:
“Biz Çin və ABŞ arasında ticarət müharibəsinə daxil olmaq riskiylə üz-üzəyik. Biz hamımız bundan uduzacağıq. Təcili qərar tapmalıyıq”.