Şimali Koreya yenə ABŞ-ı təşvişə saldı - "Hazırlıq başladı..." | Eurasia Diary - ednews.net

15 Dekabr, Şənbə


Şimali Koreya yenə ABŞ-ı təşvişə saldı - "Hazırlıq başladı..."

Dünya A- A A+

Birləşmiş Ştatlar Prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında yeni sammit hazırlığını davam etdirir.

Eurasia Diary xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama yayıb.

Onun sözlərinə görə, hazırda ABŞ prezidentlərin görüşü ilə bağlı plan üzərində işləyir: “Bütün millətlər birləşməli və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmalıdır".

Qeyd edək ki, dünən Koreya Xalq Demokratik Respublikasının mərkəzi televiziyası uzun zamandır üzərində işlənən ultramüasir silah poliqonunda uğurlu sınaqlar haqda süjet yayımlayıb. Sinaqları Kim Çen In da izləyib

Mayk Pensin fikrincə, ABŞ əmindir ki, yeni yüksəktexnologiyalı silahın sınağına rəğmən Şimali Koreya verilən vədləri yerinə yetirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...