Almaniya Kansleri Angela Merkel miqrasiya siyasətində səhvə yol verdiyini etiraf edib.
Eurasia Diary xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.
Kansler Hemnis şəhərində sakinlərlə görüşə gəlib. Bu şəhərdə avqustda alman vətəndaşın qaçqınlar tərəfindən qətlə yetirildiyi iddia olunduğu üçün Angela Merkelin səfəri əleyhinə piket keçirilib.
“Hemnisdə insanları həyəcanlandıran qətl hadisəsi dəhşətli idi. Almaniya hökuməti dünyanın bir sıra ölkə və regionlarını təhlükəsiz saymaqda səhv buraxıb. Bu, bəlkə də qaçqın axınının azaltmasına kömək edərdi”, - deyə Angela Merkel vurğulayıb.