Fransada “Sarı jiletlilər“ tərəfindən keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 47-yə çatıb.
Eurasia Diary “Report“a istinadən xəbər verir ki, bu saatlaradək Fransada aksiyaya 124 000 nümayişçi qatılıb. Paris və ətraf şəhərlərlə müqayisədə Fransanın regionlarında aksiyaya daha çox insan qoşulub.
Fransada keçirilən etiraz aksiyası zamanı bir piyada avtomobil tərəfindən vurularaq öldürülüb.