Fransada yanacaq artımına etiraz olaraq keçirilən aksiyalarda 106 nəfər yaralanıb, 1 nəfər isə ölüb.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı Fransanın Daxili İşlər naziri Kristofer Kastaner verib. Ölkənin 2 mindən artıq nöqtəsində keçirilən aksiyalara 244 mindən çox insanın qatıdığını bildirən nazir aksiya iştirakçılarından 38-nin həbs edildiyi söyləyib.
Qeyd edək ki, aksiya iştirakçıları Yelisey Sarayına daxil olmağa cəhd edib. Lakin polis etirazçıların qarşısını gözyaşardıcı qazla almağı bacarıb.