Kaliforniyada meşə yanğınları nəticəsində 76 nəfər ölüb - 1276 nəfər itkin düşüb | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Kaliforniyada meşə yanğınları nəticəsində 76 nəfər ölüb - 1276 nəfər itkin düşüb

Dünya A- A A+

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfər çatıb.

Eurasia Diary-nin məlumatına görə, bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib.

K.Honi deyib: "İtkin düşənlərin sayı 1276 nəfər çatıb. Ötən gecədən daha 5 nəfərin cəsədləri tapılıb və ölənlərin sayı 76-ya çatıb".

Qeyd edək ki, "Camp" adlı yanğın noyabrın 8-də Kaliforniyanın şimalında başlayıb. Bundan əlavə, ştatın cənubunda "Woolsey" və "Hill" yanğınları da davam edir.

Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib. ABŞ prezidenti Donald Tramp Kaliforniyada böyük təbii fəlakət rejimi elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...