Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ Baş Qərargah rəisi Cozef Danfordla görüşüb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Danfordla görüşdə tezliklə PKK-dan heç bir fərqi olmayan YPG ilə münasibətlərin kəsilməsini gözlədiyimizi dilə gətirdik”, - Akar bildirib.
Qeyd edək ki, dünən də Hulusi Akar Kanadada keçirilən Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın YPG ilə əlaqələrini kəsməli olduğunu vurğulamışdı.