Türkiyənin Müdafiə naziri Hulusi Akar Camal Qaşıqçı cinayəti barədə açıqlama verib.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Bu barədə bir sıra ehtimallar var. Bir ehtimal da cinayəti törətdikdən 3-4 saat sonra Türkiyəni tərk etmələridir. Diplomatik toxunulmazlıqları olduğuna görə Qaşıqçının parçalanmış cəsədini çamadanlarla problemsiz şəkildə aparıblar”, - Qaşıqçı bildirib.