Türkiyənin Qaziantep şəhərində PKK terror təşkilatına qarşı başladılan istintaq çərçivəsində saxlanılan F.Y adlı terrorçu qruplaşma ilə bağlı mühüm faktları açıqlanıb.
Eurasia Diary xəbər verir ki, o, HDP və DBP kimi siyasi partiyaların Türkiyədə "Kobanidəki insanlara yardım" adı altında xeyli pul topladıqlarını, həmin məbləği PKK-ya göndərdiklərini deyib.
"PKK liderləri bu pulu YPG-yə verirdi. Sözügedən terror qruplaşması da bu pulla silah-sursat alırdı", - həbs edilən terrorçu etiraf edib.