Bu gün Putin Türkiyəyə gedir əsas hədəf

Dünya 11:20 19.11.2018

Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bu barədə Kreml başçısının köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Rusiya dövlət başçısı “Türk axını” layihəsinin başa çatması ilə bağlı təşkil ediləcək mərasimdə iştirak etmək üçün İstanbulda səfərdə olacaq. Putin səfər çərçivəsində həmkarı Rəcəb Tayyip Ərdoğanla da görüşəcək.

Qeyd edək ki, “Türk axını” boru kəməri Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. Qaz nəqli 2020-ci ildə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Putinin bu səfəri bir tədbir çərçivəsində nəzərdə tutulsa da, çoxsaylı müzakirələr doğurub. Xüsusilə, son vaxtlar gündəmə gələn Türkiyənin Rusiyadan almağa hazırlaşdığı “S-400"lərdən imtina edə biləcəyi barədə xəbərlər məsələni bir daha aktuallaşıb. Bundan əlavə, Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Güləni ABŞ-ın Türkiyəyə ekstradisiya edəcəyi, hətta Ağ Ev sahibi Donald Trampın bununla əlaqədar xüsusi göstəriş verməsi barədə xəbərlər də müzakirələrə çevrilib. Ekspertlər Gülən ekstradisiyasının baş tutacağı təqdirdə Türkiyə-Amerika münasibətlərinin müsbətə doğru sürətlə dəyişəcəyini və bunun Rusiya-Türkiyə münasibətlərində izsiz ötüşməyəcəyini qeyd edirlər.

Toğrul İsmayıl ile ilgili görsel sonucu

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında öncəliklə “Türk axını” layihəsinin önəmindən danışdı: “Türkiyə və Rusiya prezidentləri arasındakı belə görüşlər o qədər intensivləşib ki, hətta Kremlin müttəfiqi olan Belarus rəhbəri ilə Putin arasındakı görüşlərdən daha çoxdur. Bütün bunlar Türkiyə və Rusiya münasibətlərinin nə qədər vacib və həssas olduğunun göstəricisidir. Bu dəfə Rusiya rəhbərinin İstanbul səfəri ”Türk axını" layihəsinin başa çatması çərçivəsində reallaşacaq. Bunun tarixçəsi barədə o qədər çox fikir söyləmək istəmirəm. Çünki bu haqda çox yazmışam. İlk nitq söyləyənlərdən biri olmuşam. Hətta layihənin adının “Türk axını” olması bizim tərəfdən də gündəmə gətirilib. Bu layihə əslində çox sadə və bəsit deyil. İlk olaraq, “Cənub axını” kimi bilinirdi. Ukrayna krizisindən sonra Avropanın Rusiya ilə münasibətlərinin gərginləşməsi və Bolqarıstanın bu layihədən çıxması, dəstəkləməməsi Rusiyanın alternativ olaraq Türkiyəni görməsi ilə nəticələndi. Bundan sonra layihə “Türk axını” olaraq adlanmağa başladı. Proyekt əvvəlkindən daha fərqlidir. 4 xətt yerinə indiki vəziyyətdə sadəcə iki xətt var. Türkiyənin ehtiyacları və rus qazının Avropaya satışı nəzərdə tutulub. Bu çox önəmli bir hadisədir. Rusiya bu layihəyə geopolitik olaraq baxırsa, Türkiyə sadəcə, ekonomik mənfəət olaraq dəyərləndirməkdir. Bu proje Putin üçün çox vacibdir və bunun üçün də o Türkiyəyə gələrək bu hadisədə yer almaq istəyir. Sonunda bu da gerçəkləşməkdədir. Bunun yanında ölkə prezidentlərinin görüşü də çox vacibdir. Türkiyə-Rusiya münasibətləri sadəcə enerji sahəsində deyil, digər sahələrdə də davam edir. Suriya mövzusu da burada çox həssasdır. Onu da deyim ki, noyabrın 17-də Rusiyanın Suriya üzrə səlahiyyətli şəxsləri Türkiyəyə gələrək, Suriyada “Ana Yasa” çalışmaları üçün ön çalışma apardılar. Çox güman ki, “Türk axını” layihəsi ilə yanaşı prezidentlərin görüşündə bu məsələ də müzakirə ediləcək. Digər məsələlərin müzakirəsi də istisna deyil. Bu səviyyədə səfərlər istənilən halda “həm ziyarət, həm ticarət” olur. Bunu unutmamaq lazımdır. Putin və Ərdoğanın görüşlərinin intensiv olması prosesləri sürətləndirmək və ən üstün səviyyədə məsələləri həll etməkdir".

Politoloq Türkiyənin “S-400"lərdən imtina edəcəyi barədə deyilənlərə də münasibət bildirdi: ”Bu deyilənlər dedi-qodudan başqa bir şey deyil. Türkiyə artıq bunları alır, imtina etsə, bu sadəcə, Türkiyənin işinə yarayar. Belə fikirlər sadəcə pafosdur. Türkiyə-Rusiya arasında bununla bağlı saziş imzalanıb. Bunlar satın alınıb və 2019-cu ilin sonlarında təslim ediləcək. Yəni bunun başqa bir yolu yoxdur. Ödəmələr də artıq başlayıb. Türkiyə imtina etsə, sadəcə, özünə ziyan vuracaq. Məntiq onu deyir ki, Türkiyə buna heç vaxt getməz. Bu dedi-qoduları edənlər çox güman ki, Türkiyədəki hadisələrdən xəbərsiz insanlardır. Əslində imtina etmək də olar. Türkiyə imtina etsə, çox ciddi bir şeylər itirmir. Uzun zamandan bəri bu prosesləri izləyən biri kimi bu fikirləri deyirəm. Elə bir fövqəl hadisə baş verməlidir ki, Türkiyə və Rusiya imtinaya getməyə məcbur olsun. İndiki şərtlərdə Türkiyə nə üçün imtina etməlidir? Bunları biri mənə açıqlasın. Ən krizis dönəmində belə Amerika basqı edərkən Türkiyə imtina etmədi".

T.İsmayıl Gülənin ekstradisiyası ilə bağlı son vaxtlardakı gəlişmələri də dəyərləndirdi: “Açığı, bu sürəci yaxından təqib etməmişəm. Gülənlə bağlı onsuz da proseslər davam edir. Türkiyədə hələ də həbslər gedir. Yəni proses hələ bitməyib. Amerika Güləni təslim etsə belə, proses bir müddət də davam edəcək. FETÖ çox ciddi, qapalı bir təşkilatdır. Bu baxımdan bir çox şeylərin doğru olduğunu bilə bilmirik”.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Hamısı