Kuril adalarının Yaponiyaya avtomatik olaraq verilməsindən söhbət gedə bilməz.
Eurasia Diary xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov “İnterfaks”a açıqlamasında deyib. O bildirib ki, Rusiya lideri Putinlə Yaponiya Baş naziri Sindzo Abe arasında danışıqlar 1956-cı il Sovet-Yapon deklorasiyasına əsaslanır:
“Bu o deməkdir ki, hansısa ərazi yaponiyaya avtomatik olaraq veriləcək? Qətiyyən yox!”
O deyib ki, Kurillə bağlı problem Rusiya və yaponiya maraqlarına uyğun kompromis tələb edir.