Noyabrın 19-da Ermənistanın Geqarkunik vilayətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Eurasia Diary erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Z. Qurgenin idarə etdiyi “Opel Astra” markalı avtomobil qarşı yola çıxaraq aşıb və dərəyə yuvarlanıb.
Avtomobildə olan sərnişinlər – David K. Və Robert T. xəstəxanaya yerləşdiriliblər. Digər sərnişin 23 yaşlı Arsen Karapetyan isə hadisə yerində ölüb.