Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan Əfqanıstana gedib.
Eurasia Diary xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan paylaşıb. O, Tonoyanın Əfqanıstan səfər etməsinin məqsədini açıqlamayıb.
Qeyd edək ki, Əfqanıstanda 120 nəfərlik erməni sülhməramlılarından ibarət kontingent var. Bu sülhməramlılar Almaniyanın rəhbərliyi altında fəaliyyət göstərir.