Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb.
Bunu Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hökumət bunun üçün silah tədarükü üzrə fərdi lisenziya sahiblərinə tapşırıq verib.
Bundan əvvəl, kansler Angela Merkel jurnalist Camal Xaşuqcinin qətli aydınlaşanadək Səudiyyə Ərəbistanına silah ixracının dayandırılacağını bildirmişdi.